Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. 2 qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı 4 cütdən 3-ü əvvəllər də bu yarışda üz-üzə gəlib. Yalnız 1 cütdə rəqiblər ilk dəfə kubokda qarşılaşacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı 1/4 finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
Azərbaycan kuboku 1/4 final
27 fevral (çərşənbə)
“Simurq” – “Neftçi”
+0=0-1, top fərqi – 0:1
Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərini ayırd etmişdi. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi.
2011/12
1/8 final
Simurq (Zaqatala) – Neftçi (Bakı) 0:1
“Qəbələ” – “Qarabağ”
+0=2-0, top fərqi – 2:2
Bu cüt də yalnız ötən mövsüm qarşılaşıb. İndi olduğu kimi 1/4 finala təsadüf edən duellərdə heç-heçələr sıralanmışdı. “Qarabağ” yalnız ilk oyundakı səfər qolları sayəsində yarımfinala yüksəlmişdi.
2011/12
1/4 final
Qəbələ – Qarabağ (Ağdam)
2:2, 0:0
“Bakı” – “İnter”
+2=0-1, top fərqi – 5:3
Yalnız bu cütdəki komandalar 2 mövsümdə üz-üzə gəlib. Hər 2 paytaxt derbisində sevinən “Bakı” olub. Onlar tarixində ilk dəfə kuboka yiyələndiyi 2004/05 mövsümünün finalında da üstün olub. 3 il əvvəl isə yarımfinalda rəqibini dayandıran da “Bakı” olub.
2004/05 final
İnter (Bakı) – Bakı
1:2
2009/10
1/2 final
Bakı – İnter (Bakı)
0:1, 3:1
“Rəvan” – “Xəzər Lənkəran” indiyədək qarşılaşmayıblar