“Qəbələ” finalda!
27.04.2023 , 21:58
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, “Səbail” azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə bitib – 1:0. Bununla da “qırmızı-qaralar” finala vəsiqə qazanan tərəf olub.
“Qəbələ” finalda “Neftçi” ilə qarşılaşacaq.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar
27 aprel
20:00 Səbail – Qəbələ – 0:1
Qol: İsnik Alimi, 49 (penal)
İlk oyun – 2:3.