“Zirə” “Keşlə”yə qalib gəldi, Sumqayıtda qolsuz heç-heçə
21.04.2021 , 22:25

Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Korner.az xəbər verir ki, hər iki matç eyni gündə baş tutub. Günün ilk matçında “Keşlə” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş “qartallar”ın 2:1 hesablı qələbəsi ilə bitib.
“Qarabağ” isə bu mərhələdə “Sumqayıt”la qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə bitib – 0:0.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları aprelin 29-da keçiriləcək.
Azərbaycan kuboku, yarımfinal mərhələsi
21 aprel
18:30 Keşlə – Zirə – 1:2
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”
______________________________________________________________________________________________________________________________
20:30 Sumqayıt – Qarabağ – 0:0.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt şəhər stadionu
