Azərbaycan Kuboku: püşkatmanın vaxtı açıqlandı
17.11.2020 , 16:57

Azərbaycan Kubokunda 2020/21 mövsümünün iştirakçı komandaları müəyyənləşib.
Korner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.
“CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək.
Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.
