Az sonra başlayacaq "Qarabağ" – "Neftçi" finalından öncə Ağdam klubunun azarkeşləri və polislər arasında insident yaşanıb.
Korner.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, asayiş keşikçiləri "Qarabağ" azarkeşlərinin asdıqları bannerləri sökmək istəmələri fanatların hiddətlənməsinə səbəb olub.
Polis-əsgər heyəti ilə azarkeşlər arasında yaranmış gərginliyi komandanın kapitanı Rəşad Sadıqov yatırmağa çalışıb. Kapitanın müdaxiləsindən sonra yalnız sökülən bannerlər yerinə asılıb.
Maraqlıdır ki, "Neftçi" azarkeşlərinin asdıqları bannerlərə toxunulmayıb.
