Azərbaycan Kubokunun qalibi “Qəbələ” oldu
03.06.2023 , 22:42

Bu gün Azərbaycan Kubokunda 2022/2023 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, həlledici görüşdə “Neftçi” ilə “Qəbələ” komandaları üz-üzə gəlib.
“Bakcell Arena”da keçirilən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Qarşılaşmanın əlavə vaxtında “Qəbələ” hesabı açaraq, tarixində ikibci dəfə kubokun sahibi olub.
Azərbaycan Kuboku
Final
3 iyun
20:00 Neftçi – Qəbələ – 0:1
Qol: İ.Alimi, 102
