Ölkə Kuboku

Azərbaycan Kuboku: iştirakçılar açıqlandı

12.10.2021 , 18:14

Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, 1-ci Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.

Ölkə kubokunda püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq.

Son yazılar

Yuxarı