Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, 1 qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı 8 cütdən 4-ü kubokda ilk dəfə üz-üzə gələcək. Digər 4 cüt isə əvvəllər də bir-biri ilə qarşılaşıb. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı 1/8 finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
Azərbaycan kuboku 1/8 final
28 noyabr (çərşənbə)
”Kəpəz” – “Qarabağ”
+1=0-3, top fərqi – 2:7
Rəqiblər 2 dəfə finalda, 1 dəfə isə yarımfinalda üz-üzə gəliblər. Hər 3 halda sevinən tərəf “Kəpəz” olub. Düzdür, “Qarabağ”ın 1 qələbəsi var. Lakin bu, yarımfinaldakı 2 oyunluq dueldə baş verib və mərhələ keçməyə yetərli olmayıb.
1996/97
1/2 final
Qarabağ (Ağdam) – Kəpəz (Gəncə)
1:0, 0:3
1997/98
final
Kəpəz (Gəncə) – Qarabağ (Ağdam)
2:0
1999/2000
final
Kəpəz (Gəncə) – Qarabağ (Ağdam)
2:1
AZAL – “Simurq”
+0=2-0, top fərqi – 0:0
3 il əvvəl görüşən rəqiblərin qarşılaşmalarında qapılara qol vurulmayıb. Həmin vaxt cütün qalibi penaltilər seriyasında müəyyənləşib ki, sevinən də bakılılar olub.
2009/10
1/4 final
Simurq (Zaqatala) – Olimpik-Şüvəlan (Bakı)
0:0, 0:0, pen.2:4
“Tərəqqi” – “Neftçi” indiyədək qarşılaşmayıblar
“Qəbələ” – “Qaradağ Lökbatan”
+1=0-0, top fərqi – 2:0
“Qaradağ Lökbatan” hələ “Neftçi İSM” adlandığı vaxt “Qəbələ”nin rəqibi olub. Həmin vaxt da 1 oyunluq mərhələdə, Qəbələdə görüşən rəqiblərin matçında Premyer Liqa təmsilçisi qalib gəlib.
2010/11
1/8 final
Qəbələ – Neftçi-İSM (Bakı)
2:0
“Bakı” – “Sumqayıt” indiyədək qarşılaşmayıblar
MOİK – “İnter”
+2=0-0, top fərqi – 10:1
15 ildən sonra kubok duelində üz-üzə gələcək paytaxt təsmilçiləri bu dəfə fərqli adlarla meydana çıxacaq. 1997-ci ildə 2 bəöyükhesablı qələbə ilə mərhələ keçən “hərbçilər” Premyer Liqanın liderlərindən olan “İnter”i öz meydanında qəbul edəcək.
1997/98
1/16 final
OİK (Bakı) – Xəzər Universiteti (Bakı)
6:1, 4:0
“Rəvan” – “Neftçala” indiyədək qarşılaşmayıblar
“Turan” – “Xəzər Lənkəran” indiyədək qarşılaşmayıblar
