“Zirə” və “Qəbələ” yarımfinalda!
19.12.2019 , 20:02

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. İlk olaraq “Zirə” “Səbail”i qəbul edib və qarşlıma “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında “Sabah” ilk matçda 0:3 hesabı ilə uduzduğu “Qəbələ”ni qəbul edib. Matçda “qırmızı-qaralar” 3:2 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.
“Zirə” – “Səbail” – 1:0
Qol: Xulyo Sezar Rodrigez, 106
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Sabah” – “Qəbələ” – 2:3
Qollar: Bəhlul Mustafazadə, 61, 75- Davit Volkov, 22, 23, Klesio Bauk, 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”, 18:00
