Azərbaycan kuboku: final oyunu hansı stadionda keçiriləcək?
14.11.2018 , 14:06

2018/19 mövsümündə Azərbaycan Kubokunun final oyununu qəbul etməyə iki stadion namizəddir.
PFL-in prezidenti Ramin Musayev həlledici oyunu Gəncə şəhər stadionuna salmaq istədiklərini deyib. Alternativ variant kimi isə Tofiq Bəhramov adına Respublika stadionu düşünülür.
Qeyd edək ki, kubokda 8 Premyer Liqa, 4 divizion klubu mübarizə aparacaq.
