Azərbaycan Kuboku: 5 komanda 1/16 finalda
11.01.2020 , 16:07

Bu gün keçirilmiş 5 oyunla futzal üzrə Azərbaycan kubokunda 2019/20 mövsümünə start verilib.
Korner.az xəbər verir ki, kubokun ilk matçında öz liqalarının autsayderi olan “Yurd” və “Veqa” komandaları üz-üzə gəlib. “Yurd” bu oyunu qalib başa vurub.
Günün digər oyunlarında “Hövsan”, “Altay”, “Zirvə Bakı-2” və “Borçalı” komandaları da 1/16 finala vəsiqə qazanıb.
Azərbaycan kuboku, 1/32 final
10 yanvar
“Yurd” MFK – “Veqa” – 6:2
“Hövsan” – “Baku Fire-2” – 5:2
“Altay” – “Zirvə Bakı” – 7:2
“Zirvə Bakı-2” – “Baku Fans” – 4:3
“Borçalı” – “Çinar Cəbrayıl” – 12:1
Ölkə kubokunun növbəti oyunları yanvarın 11 və 12-də keçiriləcək.
