Azərbaycan Kuboku: 1/8 finalın püşkü atılacaq
02.03.2023 , 14:29

Martın 10-da futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin püşkü (“kor püşk”) atılacaq.
Korner.az xəbər verir ki, mərasim Bakı İdman Sarayında, saat 12:00-da başlayacaq.
Bu mərhələdə Araz-Naxçıvan, Baku Fire, Neftçi İK, Record club, Alyans, U-19, Baku Fire-3, U-17, MUM, Flaqman, Advokat, Şamaxı, Dalğa, ADBTİA, Baku Fire-2 ilə bərabər, Alyans Qrup – Rəvan matçı barədə İntizam Komitəsinin qərarına uyğun olaraq bu komandalardan biri iştirak edəcək.
