Azərbaycan Kuboku: 1/8 finala start verildi
22.11.2022 , 16:50

Bu gün Azərbaycan Kubokunda 2022/2023 mövsümünə start verilib.
Korner.az xəbər verir ki, 1/8 final mərhələsindən başlayacaq yarışın ilk günündə 3 oyun keçirilib.
“Şamaxı” evdə “Turan Tovuz”la qarşılaşıb və 0:1 hesablı məəğlub olub. I Divizion təmsilçisi MOİK “Səbail”i qəbul edib və 0:4 hesablı uduzub. “Araz Naxçıvan” isə “Qəbələ”nin qonağı olub. Görüş “qırmızı-qaralar”ın 5:0 hesablı qəlıbəsi ilə bitib.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
22 noyabr
14:00. MOİK – “Səbail” – 0:4
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabbarov
Binə qəsəbə stadionu.
14:00. “Şamaxı” – “Turan Tovuz” – 0:1
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.
15:00. “Qəbələ” – “Araz Naxçıvan” – 5:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.
