Bu həftə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, qarşılaşacaq 8 cütdən 5-də rəqiblər ilk dəfə üz-üzə gələcək.
Digər 3 cüt isə əvvəllər də qarşılaşıb. Azərbaycan kubokunu ən çox qazanan 2 klub – “Neftçi” və “”Kəpəz” isə artıq 12-ci dəfə görüşəcək. Bu cüt yarışın tarixində ən çox təsadüf olunan 2-ci dueldir. Yalnız “Neftçi” – “Qarabağ” qarşıdurması daha çox – 17 dəfə baş tutub.
Azərbaycan Kuboku
1/8 final
4 dekabr
İnter – Şuşa
+1=0-0, top fərqi 4-1
3 il əvvəl baş tutan qarşılaşmada “İnter” asan qələbə qazanmışdı. Premyer Liqa təmsilçisi böyük hesabla məğlub etdiyi aşağı dəstə klubu ilə bu dəfə öz meydanında qarşılaşacaq.
2010/11
1/8 final
Şuşa – İnter (Bakı)
1:4
Neftçi – Kəpəz
+5=2-4, top fərqi 14-10
Son 5 matçdan 4-də qalib gələn “Neftçi” baş tutan 11 qarşılaşmada cüzi üstünlüyə malikdi. Bakılılar 6 dueldən 4-də mərhələ adlamağı bacarıb.
1995/96
1/4 final
Kəpəz (Gəncə) – Neftçi (Bakı)
1:0, 0:2
1997/98
1/2 final
Neftçi (Bakı) – Kəpəz (Gəncə)
1:2, 1:2
1999/00
1/2 final
Kəpəz (Gəncə) – Neftçi (Bakı)
1:0, 0:0
2000/01
1/4 final
Neftçi (Bakı) – Kəpəz (Gəncə)
1:0, 3:1
2010/11
1/8 final
Gəncə – Neftçi (Bakı)
1:3
2011/12
1/4 final
Kəpəz (Gəncə) – Neftçi (Bakı)
1:2, 1:1
Bakı – Sumqayıt
+1=0-0, top fərqi 3-1
Bir il əvvəl elə eyni mərhələdə qarşılaşan komandalar yenidən 1/8 finalda görüşəcək. Bu dəfə də meydan sahibi olacaq paytaxtın eyniadlı təmsilçisi ötən mövsümdə rəqibini məğlub etmişdi.
2012/13
1/8 final
Bakı – Sumqayıt
3:1
Qaradağ – Rəvan
İndiyədək görüşməyiblər
Mil-Muğan – Qəbələ
İndiyədək görüşməyiblər
Qarabağ – AZAL
İndiyədək görüşməyiblər
Araz – Simurq
İndiyədək görüşməyiblər
Xəzər Lənkəran – Neftçala
İndiyədək görüşməyiblər
