Ölkə Kuboku

Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

27.11.2017 , 15:27

Bu həftə Azərbaycan kubokunun 2017/18 mövsümündə 1/8 final oyunları keçiriləcək.

 Topaz Premyer Liqasının klublarının mübarizəyə qoşulacağı mərhələdə 8 qarşılaşma baş tutacaq. Bir oyundan ibarət duellərdə Premyer Liqa təmsilçiləri Birinci Divizion klubları ilə görüşəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı bu cütlərin ölkə kuboku tarixindəki görüşlərinin balansını təqdim edib.

1/8 final mərhələsi üç komanda üçün debütlə əlamətdar olacaq. “Binə”, “Xəzər” və “Sabah” ilk dəfə Azərbaycan kuboku oyununda meydana çıxacaq. Bununla da ölkə kubokunda iştirak edən komandaların ümumi sayı 154-ə çatacaq. Belə ki, 1992-ci ildən keçirilən yarışda bu günə qədər 151 klub mübarizə aparıb. Yalnız bir komanda bütün turnirlərdə çıxış edib. “Neftçi” 26-cı dəfə kubok mübarizəsinə başlayan yeganə komandadır.

 

Azərbaycan Kuboku
1/8 final 
28 noyabr

 

6. “Neftçi” – “Zaqatala” – indiyədək qarşılaşmayıblar
 
9. “Qarabağ” – “Qaradağ Lökbatan” – indiyədək qarşılaşmayıblar
 
29 noyabr

 

3. “Qəbələ” – “Mil-Muğan” – 2 oyun, +2=0-0, top fərqi 9-1

Komandalar 3-cü dəfə qarşılaşacaq. İki dəfə 1/8 finalda yolları kəsişən rəqiblərin duellərində “Qəbələ” mərhələ adlayıb.
 
2013/14
1/8 final


Mil-Muğan (İmişli) – Qəbələ 1:2

 

2015/16
1/8 final


Qəbələ – Mil-Muğan (İmişli) 7:0
 
4. “Şüvəlan” – “Səbail” – indiyədək qarşılaşmayıblar
 
5. “Zirə” – “Xəzər” – indiyədək qarşılaşmayıblar
 
7. MOİK – “Keşlə” – 3 oyun, +2=0-1 top fərqi 10-4

 

Rəqiblərin yolları iki dəfə kəsişib. Bu duellər çərçivəsində 3 qarşılaşma keçirilib. Bütün matçlarda böyükhesablı nəticə qeydə alınıb. Hər komanda bir dəfə mərhələ adlayıb.
 
1997/98
1/16 final


MOİK (Bakı)  – Xəzər Universiteti (Bakı) 6:1, 4:0

 

2012/13
1/8 final

 

MOİK (Bakı) – İnter (Bakı) 0:3
 
8. “Kəpəz” – “Binə” –  indiyədək qarşılaşmayıblar
 
10. “Sumqayıt” – “Sabah” – indiyədək qarşılaşmayıblar


Son yazılar

Yuxarı