Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirildi.
Korner.az-ın məlumatına görə, Azərbaycan I Divizionunda hazırda lider olan “Turan Tovuz” “Bakılı”nı böyük hesabla (4-0) məğlub edərək, adını 1/8 final mərhələsinə yazdırdı.
“Turan Tovuz” bu mərhələdə Topaz Premyer Liqasında çıxış edən “Zirə”ni qəbul edəcək.
1/16 final mərhələsinin digər görüşü Şəmkirdə reallaşdı. Şəhərin eyniadlı komandasını 2-1 hesabı ilə məğlub edən “Qaradağ Lökbatan” 1/8 final mərhələsində “İnter”in qonağı olacaq. (PFL.az)
