21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.UEFA qarşılaşmanı estoniyalı hakimlərə həvalə edib
Matçın baş hakimi Romer Tarayev olacaq. Ona yan xətt hakimləri Hannes Reynvald və Nime Nimlayd kömək edəcəklər. Dördünc hakim funksiyasını isə Eyko Saar yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Kosovo görüşü noyabrın 14-də “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.
