Azərbaycanın Birinci Divizion komandası “Tovuz Turan”ı çalışdırmış Səlahəddin Dərvəntin yeni iş yeri bəlli olub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bundan sonra Türkiyənin Birinci Liqa təmsilçisi “Dənizlispor”u çalışdıracaq.
2012-2013-cü illər mövsümündə də Dənizli klubunun baş məşqçisi olmuş Dərvəntlə bir illik müqavilə imzalanıb.
