Azərbaycan klubunda yeni müqavilə
05.06.2020 , 17:46

“Azerreyl”də daha bir müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, komandanın voleybolçusu Anastasiya Mertsalova “dəmiryolçular”da qalıb.
Paytaxt klubu 19 yaşlı rusiyalı blokçunun saziş şərtlərini açıqlamayıb.
“Azərreyl” yeni mövsüm üçün sloveniyalı Moytsa Pene və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə birillik anlaşma əldə edib.
