Azərbaycan klubunda çıxış etmiş futbolçu “Ximki”də
09.07.2024 , 13:46

“Zirə”nin sabiq müdafiəçisi Nemanya Ancelkoviçin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını Rusiyada davam etdirəcək.
O, sözügedən ölkənin “Ximki” klubunda çıxış edəcək.
Xatırladaq ki, Ancelkoviç 2021-2023-cü illərdə “Zirə”də forma geyinib.
