Azərbaycan klubunda baş məşqçi ayrılığı
22.01.2025 , 13:45

Azərbaycan 1-ci Liqasında çıxış edən “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri postundan ayrılıb.
Korner.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.
Nəziri komandadan öz istəyi ilə getdiyini açıqlayıb.
“Cəbrayıl” 10 komandanın mübarizə apardığı 1-ci Liqada 11 turdan sonra 14 xalla beşinci pillədə qərarlaşıb.
