Azərbaycan klubu Çağırış Kubokunda növbəti matçına çıxacaq
08.11.2022 , 10:14

Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda növbəti oyununu keçirəcək.
İdmanxeber xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv 1/16 finalda Avstriyanın “UVC Qrats” klubu ilə qarşılaşacaq.
Bakı Voleybol Mərkəzində keçiriləcək görüşə saat 19:00-da start veriləcək.
