Dekabrın 23-26-sı aralığında “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve International Sport Clubs”-ın ağır atletika üzrə dünya çempionatının final yarışı keçiriləcək.
Korner.az-ın məlumatına görə, bu dəfə Türkiyənin paytaxtı Ankara şəhərində klubumuza məxsus olan “Altınpark-Akarsu Yarış Kompleksi”ndə baş tutacaq çempionata maraq böyükdür.
Çempionatda 10 ölkədən – Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan,Moldova, Polşa, Bolqarıstan, Ukrayna və ABŞ-dan gələn heyətlərə nəticələrinə əsasən müxtəlif sayda olmaqla 150-yə yaxın idmançı, məşqçi və nümayəndə heyəti iştirak edəcəkdir.
Reqlamentin əsasnaməsinə əsasən, ağır atletlər 8 yaş qrupunda Sinkleyr cədvəli üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Yaş qrupları aşağıdakılardır:
Kişilər: U-12, U-15, U-20, +20 yaş və veteranlar.
Qadınlar: U-15, U-20 və +20 yaş qrupu.
Bütün yarış iştirakçıların xərclərinin hamısını tərəfimizdən ödəniləcək, hər birinə yeni qış idman ayaqqabısı və geyimləri paylanacaq, qaliblər və mükafatçılara diplom, medal, kubok, pul və ev sertifikatları veriləcək.
Çempionata hakim qismində beynəlxalq dərəcəli mütəxəssislər xidmət edəcəklər.
