Futbol

Azərbaycan klublarının avrokubok oyunları azarkeşsiz keçiriləcək

10.07.2020 , 11:02

Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat mərhələsinin oyunları azarkeşsiz keçiriləcək.

Korner.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsi onlayn video konfransda bu qərarı verib. Komitənin növbəti qərarına kimi qərar qüvvədə qalacaq.

Hər iki turnirin oyunları bir mərhələdən ibarət olacaq. Pley-off mərhələsində isə cavab qarşılaşması da keçiriləcək.

“Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları isə Avropa Liqasında Azərbaycanı təmsil edəcəklər.

Son yazılar

Yuxarı