Futbol

Azərbaycan klubları üçün “Turan kuboku”

03.06.2020 , 19:28

Türkdilli ölkələrin klubları arasında yeni turnir təşkil oluna bilər.

Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürkan Teoman məlumat verib.

O, “Turan kuboku” adlandırılacaq turnidən klubların maddi qazanc və teleyayım gəliri götürəcəyini bildirib. Federasiya təsmisi turnirin yaradılması üçün işlərin başlanıldığını deyib. Teoman bildirib ki, yeni yarış milli çempionatlara mane olmayacaq. O, türkdilli ölkələrin klubları arasında əlaqələrin daha da güclənəcəyini deyib.

“Turan kuboku”nda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və türkdilli xalqların komandalarının iştirakı planlaşdırılıb.

Son yazılar

Yuxarı