Avrokuboklar

Azərbaycan klubları üçün çətin durum: Avropa Liqasında iştirakçı sayı azaldıldı

24.09.2018 , 19:01

Yeni klub turniri yaratmağa hazırlaşan UEFA Avropa Liqasındakı iştirakçı sayında dəyişklik edəcəyini təsdiqləyib.

Bu barədə Avropa Klublar Birliyinin prezidenti Andrea Anyelli məlumat verib. “Yuventus”un da prezidenti olan Anyelli 3-cü turnirin formatı üzrə çalışdırqlarını sözlərinə əlavə edib.

Çempionlar Liqasında isə klub sayı 32 qalacaq.

Yeni turnir 2021/22-ci illər mövsümündə start götürəcək. Bu yarışda 96 klubun iştirakı nəzərdə tutulub. Məhz həmin mövsümdən sonra Avropa Liqasında iştirakçı sayı 48-dən 32-yə düşəcək.

Son yazılar

Yuxarı