Azərbaycan – Kipr oyununun yeri məlum oldu
06.10.2020 , 18:20

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyununun yeri dəyişdirilib.
Korner.az xəbər verir ki, matç Albaniyanın Tirana şəhərində təşkil olunacaq.
Bununla bağlı AFFA ilə UEFA arasında danışıqlar aparılırdı və UEFA yekun qərarını bu gün açıqlayıb.
