Azərbaycan – Kipr: hakim təyinatları
10.10.2020 , 13:03

UEFA Millətlər Liqasının 4-cü turunda keçiriləcək Azərbaycan – Kipr matçın hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Fran Yoviçə olacaq. Ona yan xətt hakimləri qismində İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı “Elbasan Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
