Azərbaycan karateçisi bürünc medal qazandı
28.05.2022 , 14:20

Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Korner.az xəbər verir ki, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda italiyalı Veronika Brunori ilə qarşılaşmada qalib gələrək, fəxri kürsüyə qalxıb.
Bu gün həmçinin parakarateçilər Eldar Əhmədov (K30), Emiliya Militinova (K10) və Nihat Məmmədzadə (K10) final görüşlərini keçirəcəklər.
