Avstriyada təlim-məşq toplanışı çərçivəsində milli komandamızın Kanada yığması ilə keçirəcəyi yoldaşlıq oyununu idarə edəcək hakimlər bəlli olub.
Korner.az-ın məlumatına görə, oyunu isveçrələri hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Saşa Amhof olacaq. Ona Stefan de Almeyda və Vital Yobin kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Adriyan Yakottet yerinə yetirəcək. Qeyd edək ki, oyun iyunun 3-də keçiriləcək.
