Azərbaycan İsveçrəyə məğlub oldu
09.04.2024 , 18:26

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının 1-ci qrupunda İsveçrə ilə üzləşib.
“Dalğa Arena”da keçirilən görüşdə millmiz 0:4 hesabı ilə məğlub olub.
Azərbaycan millisi ilk oyunda Macarıstanla heç-heçə edib.
Avro-2025, Qadınlar
Seçmə mərhələ, II tur
9 aprel
Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar) – 0:4
“Dalğa Arena”. Saat 16:00
Baş hakim: Alina Pesu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir
