Azərbaycan – İsveçrə oyununun vaxtı açıqlandı
18.09.2019 , 21:00

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveçrə oyununun başlanma saatı müəyyənləşib.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, oktyabrın 15-də, Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma 20:00-da start götürəcək.
