Azərbaycan – İsveç oyununun hakimləri açıqlandı
02.09.2024 , 12:55
Azərbaycan milli komandasının İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Milətlər Liqasının 1-ci tur oyununun hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək:
Oyunun baş hakimi Balazs Berke olacaq. Ona yan xətdə Vencel Toth və Balazs Szert kömək edəcək. Dördüncü hakim funksiyasını isə Csaba Pinter yerinə yetirəcək.
Sentyabrın 5-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.