Azərbaycan – İsveç oyununda qadın referi
13.11.2023 , 13:56

Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyununun hakimləri məlum olub.
Korner.az xəbər verir ki, görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi qadın referi Ester Staubli olacaq. Ona yan xətt hakimləri Yonas Erni və Susanne Künq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mirkel Turkes yerinə yetirəcək.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyununu saat 21:00-da start götürəcək.
