Azərbaycan – İsveç oyunu 5 manata
25.10.2023 , 16:02

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüşə ən ucuz bilet 5, ən bahalı isə 200 manatdır.
