"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsrail oyunu canlı yayımlanacaq. Korner.az– n AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolsevərlər oyunu AzTV vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, Azərbaycan – İsrail oyunu sentyabrın 7-də, saat 21:00-da başlayacaq.
