DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – İsrail oyununda anşlaq olacağı gözlənilir. Korner.az-ın məlumatına görə, yenilənmiş "Tofiq Bəhrmov" adına Respublika stadionunda matçı canlı izləmək üçün azarkeşlər artıq biletlərini əldə edib. Daha doğrusu artıq 23 min bilet satılıb. Oyun saatına kimi qalan biletlərin də böyük hissəsinin satılması gözlənilir.
Qeyd edək ki, Azərbaycan – İsrail oyunu saat 21:00-da başlayacaq.
