Azərbaycan – İordaniya matçının hakim təyinatları
10.09.2023 , 12:17
Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya beynəlxalq yoxlama oyununu idarə edəcək hakimlər açıqlanıb.
Korner.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim Arda Kardeşler olacaq. Ona yan xətt hakimləri qismində Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov (Azərbaycan) yerinə yetirəcək.