Sentyabrın 6-sında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi İngiltərə ilə qarşılaşacaq. Korner.az- ın məlumatına görə, “Dalğa Arena”da baş tutacaq və saat 20.00-da başlayacaq matçı azarkeşlərə “İdman Azərbaycan” təqdim edəcək.
