Azərbaycan – İngiltərə matçının hakimləri məlum oldu
19.03.2024 , 15:07

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, qarşılaşmanın hakimləri məlum olub.
Matçın baş hakim Antoni Bandiçə olacaq. Ona yan xətt hakimləri Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.
Qarşılaşma, martın 22-də, saat 16:00-da başlayacaq.
