21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İngiltərə qarşılaşmasının biletləri oyun günü stadionun kassalarında satılacaq. Korner.az-ın məlumatına görə, biletlərin qiyməti 1 AZN-dir.
Qeyd edək ki, görüş sentyabrın 6-da, saat 20:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da baş tutacaq.
