Azərbaycan ili 107-ci bitirdi
20.12.2018 , 15:39

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Azərbaycan millisi əvvəlki mövqeyində qalıb. Yığmamız 1206 xalla dünyanın 107-cisidi. Yığmanın ən yaxın qonşuları Madaqaskar (106) və Nigerdi (108).
Bu, FIFA-nın 2018-ci il üçün son siyahısı olub. Beləliklə, Azərbaycan millisi ili 107-ci yerdə başa vurub.
Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa ikinci, Braziliya 3-cüdü
