Azərbaycan idmançılarının reytinqi açıqlandı
09.07.2022 , 12:45

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyul ayı üçün reytinqini açıqlayıb.
Korner.az xəbər verir ki, siyahıya 435 xalla bədii gimnastika üzrə Azərbaycan yığması başçılıq edir. Bədii gimnast Zöhrə Ağamirova 250 xalla ikinci, sablyaçı Anna Başta isə 240 xalla üçüncü sıradadır.
4-cü yerdə güllə atıçılığı üzrə yarışan Ruslan Lunyov yer alıb. Onun aktivində 240 xal var. İlk “5-liy”i 170 xalla cüdoçu Məmmədəli Mehdiyev tamamlayır.
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
