Azərbaycan idmançılarının qazandıqları medal sayı
30.12.2021 , 16:13

Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.
Korner.az xəbər verir ki, idmançılar bu il ümumilikdə 519 medala sahib çıxıblar.
Onlardan 227-si olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.
