Azərbaycan idmançılarının may ayında qazandığı medalların sayı
05.06.2023 , 13:58

Azərbaycan idmançılarının mayda beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.
Korner.az xəbər verir ki, idmançılar ötən ay 179 medal əldə edib. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Medalların 59-u qızıl, 48-i gümüş, 72-si isə bürüncdür.
