Azərbaycan idmançılarının fevral ayı üzrə reytinqi açıqlandı
03.02.2023 , 20:48

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2023-cü ilin fevralın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, siyahıda ilk pillədə bədii gimnastika üzrə qrup komandası yer alıb. Onların aktivində 685 xal var. İkinci sırada bədii gimnast Zöhrə Ağamirova qərarlaşıb. “3-lüy”ü stend atıcılığı üzrə qarışıq komanda tamamlayıb – 405 xal. İdman gimnastikasında İvan Tixonov 390 xalla 4-cü, qılıncoynadan Anna Başta isə 310 xall 5-ci pilləni tutub.
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
