Azərbaycan I divizionda növbəti mövsümdə 12 komanda iştirak edəcək.
Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında deyib. O, bank zəmanəti təqdim etməyən klubları yarışa buraxmayacaqlarını bildirib.
Xatırladaq ki, ötən mövsüm I divizionda 14 komanda iştirak edib.
