Futzal üzrə dünya çempionatının “pley-off” mərhələsində keçiriləcək Azərbaycan – Hollandiya oyununun hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, qarşılaşmanın baş hakimi avstriyalı Gerald Bauernfeynd olacaq. Ona ukraynalı Oleq İvanov köməklik edəcək.
Qeyd edək ki, Azərbaycan – Hollandiya oyunu aprel 12-i, saat 20.00-da, Bakı İdman Sarayında keçiriləcək.
