Azərbaycan güləşçisi yarımfinalda məğlub oldu
09.08.2024 , 22:05
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Korner.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə üz-üzə gəlib.
Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Meşvildişvili sabah bürünc medal uğrunda güləşəcək.