Azərbaycan güləşçisi ermənini məğlub etdi
21.04.2023 , 20:20

Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Korner.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana 5:1 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib.
Qeyd edək ki, Məmmədov 1/4 finalda italiyalı rəqibu Yakopo Sandronaya4:1 hesabıyla qalib gəlmişdi.
